Birləşmiş Ştatlar Rusiya və Ukrayna arasında növbəti danışıqlar raundunu dəstəkləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus məlumat verib. Xəbəri “RIA Novosti” yayıb.
Vaşinqtonda jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə çıxış edən Bryus bildirib ki, ABŞ Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun planlaşdırıldığından xəbərdardır və Moskva ilə Kiyev arasında atəşkəsin tam təmin olunması və sülh razılaşmasına nail olunması istiqamətində birbaşa təmasların davam etdiyini qeyd edib.
İyulun 22-də verilən məlumata görə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçüncü danışıqlar raundunun çərşənbə günü keçirilməsi nəzərdə tutulur. Lakin danışıqların ikinci günə uzadılması ehtimalı azdır.