EN

Si Cinpin Trampı Çinə dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinin onu ölkəsinə dəvət etdiyini açıqlayıb. Metbuat.az xəbər verir ki, Tramp bunu Ağ Evdə Filippin Prezidenti Ferdinand Markos ilə birgə mətbuat konfransında bildirib. O, Si Cinpinlə Çində görüşə biləcəyini ifadə edib. Si Cinpinlə çoxsaylı telefon danışıqları həyata keçirdiyini xatırladan Tramp Çin liderinin dəvətini qəbul edə biləcəyini qeyd edib. Tramp, Markosun Çinlə yaxşı əlaqələr inkişaf etdirməsinin onun üçün problem yaratmayacağını bildirib.

Trampla bağlayacağı ticarət müqavilələrinin detallarını müzakirə edəcəyini ifadə edən Markos Trampa minnətdarlığını ifadə edib.

Chosen
29
1
metbuat.az

2Sources