EN

Tramp İrana dair son qərarını verdi

ABŞ prezidenti artıq İranın nüvə danışıqlarında iştirakını zəruri hesab etmir.

Yenisabah.az “Jerusalem Post”a istinadla xəbər verir ki, bunu Donald Trampın şəxsi söhbətlərində deyib.

Mənbələrin sözünə görə, Amerika lideri bildirib: "Belə bir istək yaranarsa, onlar xoş qarşılanacaq. Amma biz onlara yalvarmayacağıq və inandırmağa çalışmayacağıq". pizza mizza

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi “Le Monde” qəzetinə demişdi ki, İranın nüvə proqramı ilə bağlı danışıqlar bərpa olunarsa, ABŞ hərbi gücdən istifadə olunmayacağına zəmanət verməlidir.

“İlk növbədə ABŞ öz davranışını dəyişməli və daha İrana zərbə endirməməlidir, bundan sonra danışıqlar davam etdirilə bilər”, - deyə nazir bildirib.

Aprelin 12-dən bəri İran və ABŞ arasında dolayı danışıqların beş raundu keçirilib və Oman vasitəçi qismində çıxış edib. Nüvə proqramını müzakirə edəcək növbəti görüş İsrailin iyun ayında İranı vurmağa başlamasından sonra ləğv edilib.

ABŞ iyunun 22-də İrandakı üç nüvə obyektini - Fordo, İsfahan və Nətənzə zərbələr endirib.

İran hakimiyyəti illərdir ki, nüvə proqramının yalnız dinc məqsədlər üçün olduğunu israr edir.


Telegram kanalımız
Chosen
17
1
yenisabah.az

2Sources