Azərbaycan və Ukrayna İrpendə (Kiyev vilayəti) dörd sosial obyektin, o cümlədən idman məktəbi və incəsənət məktəbi tikintisinə dair sazişlər hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev məlumat verib.
2022-ci ildən bəri Azərbaycanda 300-dən çox ukraynalı uşaq reabilitasiyadan keçib.
Səfirin sözlərinə görə, yaxın vaxtlarda 30 nəfərlik daha iki qrup gələcək.