EN

"Araz-Naxçıvan" heyətini braziliyalı futzalçı ilə gücləndirib

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan" heyətini brazliyalı oyunçu ilə gücləndirib.

Klub Lonqo Duarte Baptista ilə 1 illik müqavilə imzalayıb. 29 yaşlı futzalçı Belçikanın "Anderlext" klubundan transfer olunub.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.

Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.

Chosen
22
2
cbcsport.az

10Sources