EN

Zakir Həsənov Türkiyə müdafiə naziri ilə memorandum imzaladı

Türkiyə milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla ikitərəfli görüş keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə MN-dən bildirilib.

Görüş İstanbulda keçirilən “İDEF 2025” müdafiə sənayesi sərgisi çərçivəsində baş tutub.

Görüşdə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev də iştirak edib.

Görüşün yekununda “Qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

 

Chosen
39
45
unikal.az

10Sources