"Ənsarullah" (husilər) hərəkatı Təl-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanına hipersəs ballistik raketi ilə hücum etdiklərini bəyan edib.
News24.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə Yəmən hərəkatının hərbi sözçüsü Yəhya Sariya “Əl Məsirə” telekanalının efirində bildirib.
Hərəkatın rəsmi nümayəndəsinin sözlərinə görə, əməliyyat “öz hədəfinə çatıb”.
“Raket qüvvələri Ben-Qurion (Lod) hava limanına qarşı “Fələstin-2” tipli hipersəs ballistik raketi ilə unikal hərbi əməliyyat həyata keçirib”, – deyə o bildirib.