EN

Azərbaycanda elektron ticarətin sürətli inkişafı gözlənilir – “Visa” baş direktoru

Bakı. Trend:

Azərbaycanda və dünyada onlayn ticarət sahəsinin fəalgenişlənməsi proqnozlaşdırılır.

Bu barədə Trend-əmüsahibəsində “Visa” şirkətinin Ukrayna, Gürcüstan, MDB ölkələri vəCənub-Şərqi Avropada strateji tərəfdaşlıqlar, fintex və birgəlayihələr departamentinin rəhbəri, baş direktor Yevgeni Lesnyakməlumat verib.

“Bu sahənin sürətlə inkişaf etməsinə təsir edən əsas amillərdənbiri COVID-19 pandemiyası oldu. Hərəkət məhdudiyyətləri vəözünütəcrid şəraitində uzaqdan xidmətlərə və onlayn alış-verişətələbat kəskin artdı”, – deyə o bildirib.

Yevgeni Lesnyak əlavə edib ki, hal-hazırda qlobal elektronticarət bazarının həcmi bəzi hesablamalara görə 6–7 trilyon ABŞdolları təşkil edir və bu sahənin ümumdünya ticarətindəki payıtəxminən 20%-dir. Onun sözlərinə görə, bu sahədə illik artım 8–9%təşkil edir və 2030-cu ilədək bu göstərici 9–10 trilyon dollaraçata bilər.

O həmçinin vurğulayıb ki, artıq bu sahədə lider ölkələrfərqlənir: məsələn, Böyük Britaniya və Çində elektron ticarətinpayı pərakəndə satış dövriyyəsinin üçdə birindən çoxunu təşkiledir. Mərkəzi Asiya regionunda, o cümlədən Azərbaycanda isə bugöstəricilər hələlik dünya orta göstəricilərindən geri qalır, lakinartım potensialı yüksək olaraq qalır.

“Hər il Azərbaycanda elektron ticarətdə sabit ikirəqəmli artımmüşahidə edirik. Yeni rəqəmsal ödəniş xidmətlərinin tətbiqi vəinkişafı üçün əlverişli mühit formalaşıb”, – deyə Visa nümayəndəsibildirib.

Yevgeni Lesnyak rəqəmsal iqtisadiyyatın formalaşmasındatənzimləyici orqanların roluna xüsusi diqqət çəkib.

“Mərkəzi Bank bu prosesi təşviq etmək üçün vacib addımlar atır.2023-cü ildə ödəniş xidmətləri və ödəniş sistemləri haqqındaqanunun qəbulu, tənzimləyici “sandbox”un istifadəyə verilməsi vəmaliyyə sektorunun inkişafına dair üçillik strategiyaların həyatakeçirilməsi, o cümlədən rəqəmsal ödənişlərin inkişafı bu addımlarsırasındadır. 2021–2023-cü illəri əhatə edən strategiya uğurla icraolunub, hazırda isə 2024–2026-cı illəri əhatə edən yeni strategiyahəyata keçirilir. Bütün bu tədbirlər təkcə elektron ticarətin vərəqəmsal ödənişlərin deyil, ümumilikdə fintex bazarının inkişafınaşərait yaradır”, – deyə o bildirib.

Qlobal elektron ticarət trendlərinə toxunan Visa nümayəndəsiqeyd edib ki, bu sahədə əsas istiqamətlərdən biri süni intellekttexnologiyasıdır. Bu texnologiya prosesləri avtomatlaşdırmağa vəfərdiləşdirilmiş həllər təqdim etməyə imkan verir.

“Azərbaycanda artıq bu texnologiyanın tətbiq nümunələrinigörürük, chatbot-lardan tutmuş marketpleyslərdə fərdi məhsultövsiyə sistemlərinə qədər. Üstəlik, dünyada süni intellektagentlərinin tətbiqi fəal şəkildə müzakirə olunur. Biz “Visa”olaraq “Visa Intelligent Commerce” adlı yeni təşəbbüs təqdimetmişik — alıcı və satıcı arasında qarşılıqlı əlaqəyə innovativyanaşma. Bu ‘ağıllı’ agent lazımi məhsulu tapmaq, alternativlərimüqayisə etmək və səbəti yığmaq kimi rutin işi tam şəkildə özüzərinə götürə bilər. İstifadəçiyə yalnız son qərarı qəbul etməkqalır. Hazırda bu təşəbbüsün geniş tətbiqi üzərindətərəfdaşlarımızla birlikdə fəal işləyirik”, – deyə o əlavəedib.

“Visa” nümayəndəsi vurğulayıb ki, süni intellekt texnologiyalarıhəm biznes, həm də istehlakçılar üçün ciddi üstünlükləryaradır.

“Visa”nın süni intellekt əsaslı elektron ticarət üçün həllərpaketi hər iki istiqamətdə işləyir: biznes proseslərinoptimallaşdırılması üçün alətlər əldə edir, istehlakçı isə məhsulseçimi və sifarişin formalaşdırılmasında yardım alır. Məsələn,istifadəçinin qarşısında çoxlu sayda kampaniya və təklif olduqda,süni intellekt səbəti daha tez formalaşdırmağa kömək edir, bu davaxt qənaəti və daha yaxşı istifadəçi təcrübəsi deməkdir. Bundanəlavə, ödəniş rahatlığı da mühümdür. Araşdırmalar göstərir ki, bəziistifadəçilər ödəniş prosesində alış-verişdən imtina edirlər, əgəronlar üçün tanış olan ödəniş üsulu mövcud deyilsə”, – deyə YevgeniLesnyak bildirib.

Onun sözlərinə görə, artan omnikanal yanaşması fonunda, yəniistifadəçi ilə eyni vaxtda vebsayt, mobil tətbiq, fiziki satışnöqtəsi və sosial şəbəkələr vasitəsilə əlaqə qurulduğu hallardapərdəarxası proseslərin əlaqələndirilməsi olduqca vacibdir və busahədə süni intellekt əsas rol oynayacaq.

“Əsas odur ki, istifadəçi istənilən kanal vasitəsilə rahat vəqaneedici təcrübə əldə etsin. Bu halda süni intellekt həm passivreaksiya verən agent, həm də aktiv şəkildə müvafiq həlləri təklifedən köməkçi kimi çıxış edə bilər, məsələn, alış tarixçəsi,geolokasiya və digər amillərə əsasən”, – deyə Yevgeni Lesnyak əlavəedib.

O, həmçinin vurğulayıb ki, süni intellekt texnologiyalarışirkətlərin fəaliyyətini bütün səviyyələrdə transformasiya edəbilər.

“Artıq ABŞ-da marketinq direktorlarının yarıdan çoxu süniintellekt alətlərindən kontent yaratmaq üçün istifadə edir. Bu isəyalnız başlanğıcdır: ‘ağıllı’ texnologiyalar mətn və şəkillərinyaradılmasından tutmuş artırılmış reallıq imkanlarınadək müxtəlifsahələrdə tətbiq olunmağa başlayır. Bu texnologiya sayəsindəməhsulun real mühitdə necə görünəcəyini öncədən görmək mümkündür”,– deyə o qeyd edib.

“Visa” nümayəndəsi həmçinin süni intellektlə artırılmış vəvirtual reallıq texnologiyalarının birgə istifadəsinin biznes üçünyeni perspektivlər açdığını dilə gətirib.

“Əsas məsələ çəkinmədən yeni şeyləri sınaqdan keçirmək vətəcrübə aparmaqdır”, – deyə Yevgeni Lesnyak tövsiyə edib.

Daha sonra o, digər davamlı tendensiyanı mobil ticarətinartımını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda getdikcə dahaçox istifadəçi onlayn alış-verişi mobil tətbiqlər vasitəsilə,deyil, klassik veb interfeyslərdən deyil.

“Yerli oyunçular bu tələbi nəzərə alaraq, öz xidmətlərini mobilplatformalara uyğunlaşdırmağa fəal şəkildə çalışırlar ki, müştəriyədaha yaxın olsunlar”, – deyə Visa nümayəndəsi bildirib.

Yevgeni Lesnyakın vurğuladığı digər qlobal tendensiyaistehsalçının vasitəçiləri aradan qaldıraraq istehlakçı ilə birbaşaəlaqə qurduğu direct-to-consumer (D2C) modelidir. Bu, sosialticarətin — alış-verişin “TikTok”, “Instagram” və ya “Facebook”kimi platformalar vasitəsilə həyata keçirildiyi formatın inkişafınıtəşviq edir.

“Azərbaycanda biznesin əhəmiyyətli bir hissəsi artıq bukanallardan fəal istifadə edir. Amma burada düzgün ödənişüsullarına diqqət yetirmək vacibdir. Çox vaxt ödənişlər sadə pulköçürməsi ilə aparılır, bu isə bir sıra çətinliklər yaradır. “Visa”tərəfdaşlarla birlikdə, kiçik və orta biznesin ödənişləri rahat vəfasiləsiz qəbul etməsi üçün həllər təqdim etməyə hazırdır”, – deyəo qeyd edib.

Yevgeni Lesnyak “Visa”nın ödəniş prosesini asanlaşdırantexnologiyalarını sadalayıb. Bunlar arasında “Visa Click to Pay”texnologiyası var ki, bu texnologiya kart məlumatlarını təhlükəsizşəkildə şifrələnmiş yaddaşda saxlayaraq, istifadəçiyə istənilənticarət platformasında bir kliklə ödəniş etməyə imkan verir. Butexnologiya, “Visa Payment Passkey” texnologiyası ilə birlikdə dahaeffektiv işləyir, istifadəçi ödənişi biometrik məlumatların skanedilməsi ilə təsdiqləyə bilər. O, həmçinin “Tap to Phone” həllindəndə danışıb – bu texnologiya satıcının smartfonunu əlavə avadanlığaehtiyac olmadan tam funksional təmassız ödəniş terminalınaçevirir.

Visa nümayəndəsi həmçinin, “Cybersource” platformasını qeydedib. Bu platforma minimal texniki resurslarla elektron ekvayrinqisürətli şəkildə tətbiq etməyə imkan verir və müasir ödənişxidmətlərinə tam çıxış təmin edir.

Qlobal tendensiyalar arasında Yevgeni Lesnyak Azərbaycana datəsir edəcək daha bir sahəni B2B ticarətin sürətli artımını vəmüvafiq platformaların inkişafını qeyd edib. O, həmçinin “sürətliticarət” modelini də vacib trend kimi vurğulayıb. Bu modeldəməhsulun çatdırılma sürəti kritik əhəmiyyət daşıyır.

“Çox zaman uzun gözləmə alıcını alışdan çəkindirir. Bir neçə güngözləmək istəməyən istehlakçılar mağazaya gedib məhsulu dərhalalmağa üstünlük verirlər. Buna görə də sürətlə inkişaf edənekspress çatdırılma xidmətləri və süni intellekt əsaslı logistikatexnologiyalarına tələbat artır. Artıq bəzi ölkələrdə dronlaçatdırılma test olunur”, – deyə o bildirib.

Visa nümayəndəsi qeyd edib ki, logistika Azərbaycanda daelektron ticarətin inkişafına maneə yaradan amillərdən biridir,çünki bölgələrə çatdırılma bəzən çox vaxt aparır. Bu kontekstdə o,“Onlayn Azərbaycan” dövlət layihəsini xatırladıb, bu layihəninməqsədi ölkənin ən ucqar bölgələrində belə internetə çıxışı təminetməkdir.

“İnternet infrastrukturu rəqəmsal iqtisadiyyat və onlaynxidmətlərin əsasıdır. Mənim bildiyimə görə, bu proqram uğurlahəyata keçirilir və yaxın vaxtlarda biz onun real nəticələrinigörəcəyik, bu da Azərbaycanda elektron ticarətin inkişafına güclütəkan verəcək”, – deyə Yevgeni Lesnyak yekunlaşdırıb.

Məqalədə:
Chosen
23
1
az.trend.az

10Sources