EN

İsrail ordusu Yəməndən atılan raketi zərərsizləşdirib

İsrailin hava hücumundan müdafiə qüvvələri Yəmən ərazisindən Yəhudi dövləti istiqamətində atılan raketi zərərsizləşdirib.

Operativ Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Müəyyən müddət əvvəl İsrailin bir neçə bölgəsində hava hücumu siqnalları səsləndikdən sonra İsrail Hərbi Hava Qüvvələri Yəmən ərazisindən atılan raketi zərərsizləşdirib”, – məlumatda bildirilir.

Hücumun nəticələri barədə hələlik məlumat verilməyib.

Chosen
22
2
operativmedia.az

10Sources