BAKI, 22 iyul. TELEQRAF
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığı davam etdirir və gələcəkdə agentlik müfəttişlərinin ölkəyə qayıda biləcəyini istisna etmir.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Fox News” telekanalına müsahibəsində bildirib.
"Biz onlarla işləməyə davam edirik, bizə yeni iş qaydası lazımdır, çünki obyektlər məhv edilib. İş qaydasından asılı olaraq bu (müfəttişlərin qayıtması - red.) mümkündür”, - İranın xarici işlər naziri deyib.