EN

Trampın keçmiş müşaviri ABŞ-nin Ukraynadan uzaqlaşmaq planından danışıb 

Keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, ABŞ prezidenti Donald Tramp Kiyevi yeni silahlarla təmin etmək vədlərinə baxmayaraq, Ukraynadakı münaqişədən çıxış yolları axtarır...

Poliqon xəbər verir ki, o, bu barədə “The Wall Street Journal” üçün yazdığı məqalədə yazıb.

Bolton yazır ki, Amerika lideri Ukraynanın təcili tələblərini yerinə yetirməsinə baxmayaraq, uzunmüddətli öhdəliklərdən yayınır.

ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri həmçinin Trampın Kiyevi dəstəkləyəcəyini gözləyən Amerika vətəndaşlarının çoxunun bu vədlərə ümid bəslədiyi barədə fikir bildirib. Bununla belə, Boltonun fikrincə, ABŞ prezidenti Rusiyaya qarşı heç bir tədbir görmədən 50 günlük müddət bitdikdən sonra yenə də “əllərini yuya” bilər.

Keçmiş müşavir, digər məsələlərlə yanaşı, Trampın ikinci prezidentlik müddətinin ABŞ-nin müdafiə büdcəsində tam uğursuzluğa səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

Poliqon.info 

Chosen
53
15
poliqon.info

10Sources