EN

Yulmannın “Yuventus”a transferi üzrə razılıq əldə olunub

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Morten Yulmann “Yuventus”a keçidə razılıq verib.

90deqiqe.Az xəbər verir ki, Turinin təmsilçisi portuqal klubunun 50-60 milyon avro aralığındakı transfer tələblərini hələlik qəbul etməsə də, yarımmüdafiəçi ilə şifahi razılıq əldə olunub.

Transferin reallaşması “Sportinq” rəhbərliyinin qiymət tələbini azaltmasından asılı olacaq.

26 yaşlı Yulmann ötən mövsüm “Sportinq”də 46 oyuna çıxaraq 3 qol vurub, 2 məhsuldar ötürmə edib və 16 sarı vərəqə alıb. Transfermarkt portalı onun qiymətini 50 milyon avro olaraq göstərir.

Chosen
41
30
90deqiqe.az

8Sources