ABŞ Konqresinin Büdcə İdarəsi hesab edir ki, ABŞ prezidenti Donald Trampın yeni vergi qanunu 2034-cü ilə qədər büdcə kəsirini 3,4 trilyon dollar artıracaq...
Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Ofisin məlumatına görə, qanun həm də 10 milyon ABŞ vətəndaşının tibbi sığortasının itirilməsinə səbəb olacaq. Proqnozlara görə, layihə 1 trilyon dollardan çox qənaət etsə də, xərclər qənaəti xeyli üstələyəcək.
İyulun əvvəlində Tramp hökumət xərcləri, vergilər və ölkənin borc tavanı haqqında qanun layihəsini imzalayıb.
Tramp qeyd edib ki, qanun layihəsi ABŞ tarixində vergilərdə ən böyük endirimi nəzərdə tutur. Eyni zamanda, Ağ Ev rəhbəri sənədin Konqresin hər iki palatası tərəfindən təsdiqləndiyini xatırladıb. Onun sözlərinə görə, belə bir qərar ən böyük qələbə idi.
Poliqon.info