EN

İtaliya Putinin dəstəkçisi olan maestronun konsertini ləğv etdi

BAKI, 22 iyul. TELEQRAF

İtaliyanın Kazerta Kral Sarayı siyasətçilərin və Kreml tənqidçilərinin etirazından sonra prezident Vladimir Putinin müdafiəçisi rusiyalı maestro Valeri Gergievin konsertini ləğv edib.

Teleqraf xəbər verir ki, bazar günü Neapol yaxınlığındakı 18-ci əsrə aid sarayda keçirilməsi planlaşdırılan konsert İtaliyada qızğın müzakirələrə səbəb olub.

Gergiev Moskvanın Ukraynaya təcavüzünü pisləmədiyi üçün 2022-ci ilin martında Münhen Filarmoniyasından qovulmuşdu. Həmin vaxtdan bəri o, Avropada konsert verməyib.

"Kazerta Kral Sarayının direktoru Valeri Gergievin dirijorluğu ilə iyulun 27-də Un'Estate da Re festivalı çərçivəsində keçirilməsi planlaşdırılan simfonik konsertin ləğvi barədə göstəriş verib", - Kazerta sarayının bəyanatında deyilir.

Qərarın rəsmi səbəbi göstərilməyib.

Rusiyanın mərhum müxalifət lideri Aleksey Navalnının dul arvadı Yuliya Navalnaya bu açıqlamanı “yaxşı xəbər” kimi qiymətləndirib.

"Rusiyada mövcud diktaturanı dəstəkləyən heç bir sənətçi Avropada müsbət qarşılanmamalıdır" deyə Y.Navalnaya bildirib.

Kreml tənqidçiləri ləğvi alqışlasa da, Moskvanın İtaliyadakı səfiri bunu "Qərbin rus mədəniyyətini məhv etmək siyasətinin bir hissəsi" adlandırıblar.

Chosen
4
3
teleqraf.com

10Sources