Rusiyanın Kamçatka vilayətində ardıcıl zəlzələlər baş verib.
Reportyor.tv xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumata görə, cəmi 45 dəqiqə ərzində 5 yeraltı təkan qeydə alınıb. Onlardan ən güclüsü 5,3 ballıq zəlzələ olub, ən zəifi isə 4,8 bal gücündə olub.
Dağıntılar və təlafat barədə məlumat yoxdur.
Publika.az
Topics