EN

Dünyada elektromobil satışları artmaqda davam edir — Çin liderdir

2025-ci ilin ilk altı ayında dünyada elektromobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 9,1 milyon ədədə çatıb. Bu barədə Böyük Britaniyanın tədqiqat şirkəti Rho Motion məlumat yayıb.

Məlumata görə, cari ilin iyun ayında elektriklə işləyən avtomobillər və hibrid modellərin ümumi satışları ötən ilin iyun ayı ilə müqayisədə 24% artaraq 1,8 milyon avtomobilə çatıb.

Çin isə elektromobil satışlarında dünya üzrə liderliyini qoruyub. 2025-ci ilin yanvar-iyun aylarında Çində 5,5 milyon elektromobil satılıb ki, bu da ümumi qlobal satışların böyük hissəsini təşkil edir. Ölkədə satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 32% artıb. Ekspertlər bu artım tempinin ilin ikinci yarısında da davam edəcəyini proqnozlaşdırırlar.

Avropada isə elektromobil satışları 26% artaraq 2 milyon ədədə yüksəlib.

Şimali Amerikada (ABŞ, Kanada və Meksika) isə vəziyyət fərqlidir. Regionda satışlar cəmi 3% artaraq 900 min ədəd səviyyəsində qalıb.

//Samir Qurbanov, Editor.az

Chosen
9
4
editor.az

5Sources