EN

Goranboyda "Mercedes" dəmir arakəsməyə çırpılıb, xəsarət alanlar var - FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində 1973-cü il təvəllüdlü M.Əliyeva və 1979 cü il təvəllüdlü Ş.Əliyev xəsarət alaraq xəstəxanaya aparılıb. Avtomobilə və yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Goranboyda

Goranboyda

Goranboyda

Chosen
13
50
avtosfer.az

10Sources