EN

96 illik Mercedes Benz qəzaya uğradı FOTOLAR

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Slovakiyada 96 illik "Mercedes-Benz" markalı avtomobil qəzaya uğrayıb. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə cümə günü, iyulun 18-də Rajec şəhərində baş verib.

Məlumata görə, “Elegance Tour Slovakia” klassik avtomobillərinin keçirildiyi yürüş zamanı 1929-cu il istehsalı olan "Mercedes-Benz" markalı avtomobil sürücüsünün idarəetməsindən çıxaraq əvvəlcə dəmir hasara, daha sonra isə kilsənin divarına çırpılıb.

Bildirilib ki, hadisə zamanı retro avtomobildə iki nəfər olub. Onlardan biri xəsarət alıb və ona yerindəcə tibbi yardım göstərilib.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
6
avtosfer.az

10Sources