EN

"Mercedes-Benz" 223 min avtomobilini geri çağırır - SƏBƏB

“Mercedes-Benz” şirkəti 2002-ci ilin dekabrından 2006-cı ilin fevralınadək istehsal olunmuş “Viano” və “Vito” model 223 min avtomobili texniki nasazlığa görə geri çağırır.

Publika.az xəbər verir ki, buna səbəb həmin avtomobillərin hava yastığı sistemində qüsurun olmasıdır. “Airbag” açıldığı zaman metal parçaların qopması səbəbilə xəsarət riskinin olduğu aşkarlanıb.

Şirkət müştərilərini geriçağırılma barədə yazılı şəkildə məlumatlandıracaq.

“Mercedes-Benz”in xidmət mərkəzləri müvafiq avtomobillərdə hava yastığını yoxlayacaq və lazım gələrsə dəyişəcək. Təmir prosesi təxminən bir saat çəkəcək və avtomobil sahibləri üçün ödənişsiz olacaq.

Chosen
49
27
publika.az

10Sources