EN

Birjalarda neftin qiyməti ucuzlaşdı

BAKI, 21 iyul. TELEQRAF

Birjalarda neftin qiyməti ucuzlaşıb.

Teleqraf xəbər verir ki, buna səbəb Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyaların təchizatlara minimal təsir edəcəyi gözləntisi və ABŞ-də tariflərin tələbatla bağlı narahatlıqları artırmasıdır.

"Brent" markalı neftin sentyabr fyuçersləri 0,51 dollar və ya 0,74% ucuzlaşaraq bir barel üçün 68,81 dollara düşüb. Eyni zamanda, ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neftinin fyuçersləri 0,46 dollar və ya 0,70% azalaraq 65,61 dollar olub.

Qeyd edək ki, Avropa İttifaqı cümə günü Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı 18-ci sanksiya paketini təsdiqləyib. Bu paket çərçivəsində Rusiya xam neftindən emal olunan neft məhsullarını ixrac edən Hindistanın “Nayara Energy” şirkəti də sanksiya siyahısına daxil edilib.

Xatırladaq ki, 24 iyunda İsrail-İran müharibəsində atəşkəs əldə olunduqdan sonra "Brent" markalı neftin qiyməti bir barel üçün 66,34 dollarla 71,53 dollar arasında dəyişib.

Chosen
16
50
teleqraf.com

10Sources