Müğənni Qumral dənizdə istirahət edərkən insanların ona qəribə baxmasından gileylənib.
“Dənizdə olanda hamı mənə şübhə ilə baxır. Ay başınıza dönüm, Qumral da istirahət etməlidir, dənizdən istifadə etməlidir, günəşlənməlidir, D vitamini qəbul etməlidir. Dəniz daha xeyirlidir, daha gözəldir”.
İfaçı izləyicilərinə yaxın olduğunu xatırladaraq, vurğulayıb:
“Mən də sizin kimi sıravi vətəndaşam. Özümü heç vaxt sizlərdən seçməmişəm, yuxarıdan aparmamışam. Həmişə sizin arasındayam. Heç nəyi kompleks etmirəm. İnsanlardan ürkmürəm, nə də çəkinmirəm”.
Qeyd edək ki, Qumral sosial şəbəkələrdə aktivliyi və açıq fikirləri ilə seçilən sənətçilərdəndir.