Rusiya Prezidenti Vladimir Putinin bu il Ukraynaya qarşı müharibəni başa çatdırmaq istədiyi ehtimal olunur. Bu barədə avstraliyalı hərbi ekspert Mayk Ryan açıqlama verib.
Yenisabah.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya artıq müharibəni davam etdirmək gücündə deyil və mövcud vəziyyət ölkənin iqtisadi və hərbi imkanlarını tükəndirib.
Ryan bildirib ki, Moskva bu gün çoxsaylı ciddi problemlərlə qarşı-qarşıyadır. Ən böyük çətinliklərdən biri iqtisadi böhrandır. Sanksiyalar, xarici ticarətdə məhdudiyyətlər və hərbi xərclərin artması ölkə büdcəsinə ciddi təsir göstərib. Bununla yanaşı, Rusiya Quru Qoşunlarının döyüş qabiliyyəti də əvvəlki səviyyədə deyil. Əsgər çatışmazlığı, texnikanın köhnəlməsi və hərbi ehtiyatların tükənməsi ordunun fəaliyyətinə mənfi təsir edib. Pepperoni pizza
Ekspert vurğulayıb ki, Rusiya ordusu bu gün öz ehtiyaclarını tam şəkildə təmin edə bilmir və Şimali Koreya ilə Çin kimi ölkələrdən silah və sursat almağa məcbur qalıb. Bu isə Rusiya kimi böyük bir dövlətin hərbi cəhətdən asılı vəziyyətə düşdüyünü göstərir. Bundan əlavə, ABŞ və Qərb dövlətlərinin göstərdiyi siyasi və iqtisadi təzyiqlər də Moskvanın vəziyyətini çətinləşdirir.
Mayk Ryan diqqətə çatdırıb ki, iyun ayında Vladimir Putin 2025-ci ildən etibarən hərbi xərclərin azaldılacağını bəyan edib. Bu açıqlama göstərir ki, Kreml rəhbəri müharibəni daha çox uzatmaq niyyətində deyil və onu üstün mövqedə yekunlaşdırmaq üçün bütün gücünü səfərbər edir. Onun əsas məqsədi daxili auditoriyaya zəfər görüntüsü göstərmək və münaqişəni siyasi baxımdan sərfəli şəkildə sonlandırmaqdır.
Bütün bunlar onu göstərir ki, qarşıdakı aylarda Rusiya həm döyüş meydanında, həm də diplomatik kanallarda müharibənin sonuna doğru ciddi addımlar ata bilər. Lakin bunun üçün hansı şərtlərlə və hansı nəticələrlə razılaşacağı hələlik bəlli deyil.
Aytac Əliyeva
Telegram kanalımız