EN

Netanyahu-nun məhkəmə prosesi yenidən təxirə salındı

Netanyahu-nun

İsrailin Baş naziri Binyamin Netanyahu barəsindəki cinayət işi üzrə keçiriləcək məhkəmə iclası növbəti dəfə təxirə salınıb. Bu dəfə səbəb, The Times of Israel qəzetinin yazdığına görə, Netanyahu-nun qida zəhərlənməsi səbəbilə xəstələnməsidir.İclaslar əvvəlcə 21–22 iyul tarixlərinə təyin olunmuşdu. Lakin Netanyahu-ya təyin edilən üç günlük ev istirahətindən sonra vəkilləri məhkəməyə müraciət edərək tarixin dəyişdirilməsini istədi. Baş prokurorluq dinləmələrin 23–24 iyulda keçirilməsini təklif etsə də, məhkəmə yay məzuniyyəti səbəbilə prosesi sentyabra qədər təxirə salmaq qərarına gəlib.Xatırladaq ki, Netanyahu rüşvət alma, dələduzluq və etimadı sui-istifadə etməkdə ittiham olunur. 2024-cü ilin dekabrında başlanan məhkəmə prosesi bir neçə dəfə dayandırılıb – sonuncu dəfə keçən həftə Suriyadakı vəziyyətin kəskinləşməsi səbəbindən. Baş nazir bütün ittihamları qəti şəkildə rədd edir.Ulusum.az

Diqqət Çəkənlər

Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO

Vyetnamda turist faciəsi: 48 nəfərin olduğu gəmi çevrildi

Boston şəhərində Azərbaycanlı gənclərin diaspor birliyi gücləndirildi

Chosen
18
7
ulusum.az

9Sources