ABŞ son 17 ildə ilk dəfə — 2008-ci ildən bəri — Böyük Britaniyada bir neçə nüvə bombası yerləşdirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə UK Defence Journal nəşri məlumat yayıb.
Bildirilib ki, bir neçə B61-12 tipli termonüvə bombası Böyük Britaniyanın Suffolk qraflığında yerləşən Kral Hərbi Hava Qüvvələrinin Lakenhit aviabazasına köçürülüb.
Əldə edilən ilkin məlumatlara görə, bu bombalar ABŞ-ın Nyu-Meksiko ştatındakı Kirtland aviabazasında yerləşən Hərbi Hava Qüvvələrinin Nüvə Silahları Mərkəzindən Böyük Britaniya ərazisində yeni inşa edilmiş təhlükəsiz anbara gətirilib.