EN

Avrokubok rəqibimiz Bakıya 3 günlük gəlir - Görün, hansı məkanı seçiblər!

“Araz-Naxçıvan” avrokuboklarda debüt matçına hazırlaşır.

Ötən mövsümü üçüncü pillədə başa vuran Naxçıvan təmsilçisi Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə münasibətlərinə aydınlıq gətirəcək.

İlk oyun Bakıda baş tutacaq ki, “Aris”in səfəri planı böyük ölçüdə dəqiqləşib.

Beləliklə, Saloniki təmsilçisi ölkəmizə oyundan iki gün əvvəl – iyulun 22-si axşam saatlarında təşrif buyuracaq.

Yunanlar məskunlaşmaq üçün Bakının dəbdəbəli məkanlarından olan “Hilton” otelini seçib.

İyulun 23-də axşam saat 17:00-də rəqib çalışdırıcı Marinos Uzuonidis jurnalistlərin suallarını cavablandıracaq, 18:00-da isə qonaq komandanın oyunöncəsi son məşqi baş tutacaq.

“Aris” Yunanıstana matçdan dərhal sonra yox, 1 gün sonra yola düşəcək.

İyulun 24-də “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
41
50
sportinfo.az

10Sources