Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlətqurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublikaərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuşpestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkinqiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və riskanalizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükəpotensiallı obyektlərin mövcudluğu müəyyən edilib.
Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, ötən il Agentlik və Bitki Mühafizə Vasitələri,Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasının birgətəşəbbüsü ilə cəlb edilmiş xüsusi lisenziyalı şirkət tərəfindənAğstafa və Beyləqan rayonlarından ümumilikdə 747 ton istifadəyəyararsız pestisidin və həmin maddələrlə bilavasitə qarışaraqçirklənmiş torpaq kütləsinin beynəlxalq təhlükəsizlik tələblərinəuyğun qaydada qablaşdırılması və zərərsizləşdirilməsi məqsədiləxüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na daşınmasıvə yerləşdirilməsi təmin olunub.
Ağstafa və Beyləqan rayonlarında daşınmanın həyata keçirildiyiərazilərdə çirklənməyə məruz qalmış torpaq sahələrinin biolojiüsullarla bərpası (bioremediasiya) məqsədilə Agentlik tərəfindənmüvafiq təlimat və Vahid Plan hazırlanaraq aidiyyəti dövlətqurumlarının iştirakı ilə bu istiqamətdə işlərin icrasınabaşlanılıb.
Qeyd edək ki, həyata keçirilən bu tədbirlər növbəti mərhələdədigər rayonlardakı təhlükə potensiallı obyektlərdə də davametdiriləcək, müəyyən edilmiş istifadəyə yararsız pestisidlərinzərərsizləşdirilməsi üzrə ardıcıl addımlar atılacaq.
Ağstafa və Beyləqan rayonları üzrə keçmiş Kənd KimyaBirliklərinin ərazilərində icra olunan, eləcə də yaxın müddətdədigər rayonlarda həyata keçirilməsi planlaşdırılan tədbirlər ölkəüçün strateji əhəmiyyət daşıyır. Bu fəaliyyətlər ətraf mühitinmühafizəsinə yönəldilməklə yanaşı, ekosistemin qorunmasına, insansağlamlığı, heyvanlar və bitkilər üçün potensial risklərinqarşısının alınmasına xidmət edir.