EN

Azərbaycan klublarının Konfrans Liqasında potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə Azərbaycanı bu yarışda təmsil edən "Sabah", "Zirə" və "Araz Naxçıvan"ın rəqibləri də bəlli olacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanıb.

Püşkün nəticəsinə əsasən, Azərbaycan klubları aşağıda adları qeyd edilən komandalara rəqib olub.

“Petrokub” (Moldova) - “Sabah” cütünün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.

"Zirə" (Azərbaycan) - "Hayduk" (Xorvatiya) cütünün qalibi "Atletik Klub d’Escaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

"Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi isə "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibinə rəqib olub.

Chosen
41
50
sportinfo.az

10Sources