EN

ABŞ-ın bu qonşumuzla ticarət həcmi artıb, Rusiya isə...

2025-ci ilin birinci yarısında ABŞ-ın Gürcüstanla ticarətinin həcmi 40,7 faiz artaraq 1,3 milyard dollar təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Göstəricinin hər il təxminən bir yarım dəfə artması ABŞ-a Gürcüstanın ticarət tərəfdaşları siyahısında ikinci yeri tutmağa imkan verib. Belə ki, ticarət dövriyyəsini 4,4 faiz - 1,4 milyard dollara qədər azaldaraq Türkiyədən bir qədər geridə qalıb.

Rusiya bu siyahıda üçüncü yerdədir. Altı ay ərzində onun Gürcüstanın xarici ticarət həcmindəki payı 2024-cü ilin birinci yarısının səviyyəsinə 7 faiz əlavə etməklə 10,7 faiz təşkil edib. Artım Rusiyadan idxalın ikirəqəmli (10,5 faiz, 950 milyon dollar) artması, əks istiqamətdə malların tədarükü isə bir qədər azalaraq (təqribən 2 milyon dollar, 32 faiz) hesabına baş verib.

Chosen
13
50
publika.az

10Sources