EN

“Təcili aradan qaldırın!” – Ərdoğandan Avropaya ÇAĞIRIŞ

"Avropa İttifaqından (Aİ) ölkəmizin Avrointeqrasiya qarşısındakı siyasi maneələri dərhal aradan qaldıracağını gözləyirik".

Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların canlanması və irəliləməsi üçün başqa bir günü gözləməməlidir. Bu inkişaflar indi baş verməlidir. Aİ-dəki bütün həmsöhbətlərimizə deyirik ki, təşkilata tamhüquqlu üzvlük məqsədimizə möhkəm sadiq qalırıq", - deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, birlik bu məsələyə strateji və uzaqgörənliklə yanaşarsa, Aİ-nin addım atmasına heç bir maneə olmayacaq.

O vurğulayıb ki, ölkəyə qarşı siyasi maneələr təcili aradan qaldırılmalıdır.

Türkiyə prezidenti Avropa İttifaqı ilə bərabərhüquqlu ədalətli münasibətlərə ümid etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
21
olaylar.az

10Sources