"Qarabağ" "Şelburn" səddini keçə bilməsə, mübarizəyə Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam edəcək.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin öncə potensial rəqibləri müəyyənləşib:
"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi
RFS (Latviya) vs "Malmö" (İsveç) cütünün qalibi
"Linkoln" (Gibraltar) vs "Srvena Zvezda" (Serbiya) cütünün qalibi
Daha sonra Bakı vaxtı ilə saat 15-də Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.
"Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində uduzacağı təqdirdə, Avropa Liqasında ya "Riyeka", ya da "Ludoqorets"lə oynayacaq.
Bu mərhələnin oyunları 7 avqust və 14 avqustda olacaq.
Xatırladaq ki, "Qarabağ" ötən il Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ludoqorets"i mübarizədən kənarlaşdırıb - 1:2; 7:2.