EN

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Redaktor.az xəbər verir ki, səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) - “Qarabağ” cütünün qalibi III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütündə üstün olan komanda ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin görüşləri avqustun 5-6-da və 12-də baş tutacaq. Qurban Qurbanovun komandası bu raunda vəsiqə qazanarsa, ilk oyunu səfərdə keçirəcək.

Chosen
14
50
redaktor.az

10Sources