AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan belə bəyanat səsləndirib.
Baqdasaryan diqqətə çatdırıb ki, Azərbaycanla razılaşma olmadan bu dəmir yolundan hətta Ermənistanda daxili yük daşımaları üçün də istifadə edilə bilməz.
“Ona görə də Azərbaycanla razılıq əldə edildikdən dərhal sonra sözügedən dəmir yolunun tikintisinə başlanılacaq. Artıq Nrnadzor kəndi üçün yeni yolun tikintisi kimi hazırlıq işləri aparılır, hazırda onunla keçmiş dəmir yolu xətti boyunca avtomobil əlaqəsi aparılır”, - erməni məmur deyib.
Nazeli Baqdasaryan Ermənistanın qonşu dövlətlərlə bütün nəqliyyat yollarının açılmasının tərəfdarı olduğunu iddia edib.
O, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması üçün baş nazir Nikol Paşinyanın Minsk qrupunun ləğvi və Konstitusiya məhkəməsinin müvafiq qərarı əsasında ölkə Konstitusiyasının dəyişdirilməsi barədə fəal müzakirələr apardığını bildirib.
Sahil İsgəndərov
AzVision.az