EN

“Rusiya-Azərbaycan münasibətləri çətin dövrdən keçir”- Kreml Bakı ilə Moskva arasındakı gərginliyə münasibət bildirdi

Moskva ilə Bakı arasında münasibətlər çətin dövrə qədəm qoyub və Kreml bunun keçəcəyinə ümid edir.

Ulusal.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun dediyinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəm təməli var, lakin bəzən elə olur ki, bu münasibətlər “çətin dövrlərdən keçir” və indi həmin dövrlərdən biridir: “Ümid edirik ki, bu dövr keçəcək, inanırıq ki, iki ölkə arasında əməkdaşlıq həqiqətən də qarşılıqlı fayda gətirir. Bizim üçün çox vacibdir ki, Azərbaycanda ruslara hörmət edilsin. Rusiyada çox böyük Azərbaycan diasporu yaşayır. Diasporun demək olar ki, bütün nümayəndələri bizim qanuna tabe olan vətəndaşlarımızdır və burada layiqli hörmətə malikdirlər. Qanunu pozan vətəndaşlar qanuna uyğun olaraq təqib edilir”.

Peskov onu da bildirib ki, Azərbaycan AZAL sərnişin təyyarəsinin vurulması ilə bağlı Rusiya Federasiyasını məhkəməyə vermək qərarına gəlsə, Moskva məhkəmənin rəsmi hökmünü gözləyəcək.

Chosen
21
50
moderator.az

10Sources