Rusiya və Azərbaycan arasında münasibətlər çətin dövrünü yaşayır, lakin Moskva bunun başa çatacağına ümid edir.
"Operativ Məlumat Mərkəzi-OMM" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Münasibətlərin həqiqətən də möhkəm təməli var. İki ölkənin maraqları üst-üstə düşür, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var, lakin bəzən münasibətlərdə çətin dövrlər yaşanır. İndi belə dövrlərdən biridir. Ümid edirik ki, bu dövr keçəcək", - o jurnalistlərə bildirib.