EN

Dağıstanın dağlıq ərazisində qaya uçdu, qəza yarandı - Ölənlər var

Dağıstanda Nijneye Xvarşini - Verxneye Xvarşini avtomobil yolunda daş uçması nəticəsində iki nəfər yol qəzası nəticəsində ölüb.

Qaziler.az bildirir ki, bu barədə iyulun 21-də "Dağıstanavtodor"un mətbuat xidməti məlumat yayıb.

“Nijneye Xvarşini – Verxneye Xvarşini avtomobil yolunun Tsumadinski rayonu ərazisində 2-ci km hissəsində “VAZ-2110” markalı avtomobilin sürücüsü avtomobilin aşması nəticəsində idarəetməni itirib və avtomobili uçuruma aşıb”, – agentliyin Telegram-kanalında yazıb.

Qəza nəticəsində 2 nəfərin öldüyü, bir zərərçəkənin isə lazımi köməklik üçün tibb müəssisəsinə aparıldığı qeyd edilir.

"Yolun təmirində heç bir nöqsan aşkar edilməyib", - "Dağıstanavtodor" əlavə edib.

QAZİLER.AZ

Chosen
29
50
qaziler.az

10Sources