EN

Tütün idxalı artıb

2025-ci ilin  yanvar-iyununda  ölkədə 56,765 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. Buötən ilin  eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur. Bu bardəə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə Azərbaycandan 24,235 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 7,2 % azdır.

Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,49 %-ni, ixrac isə ümumi ixracın 0,19 %-ni təşkil edib.

Birinci yarımildə  Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 % çoxdur.

Artım əsasən istehlak tələbinin sabit qalması və müəyyən məhsul kateqoriyalarında qiymət dəyişiklikləri ilə izah olunur.

Aytac

Chosen
36
6
anews.az

10Sources