EN

Mehinin bu klipi Bakıda 18 saata çəkildi

Müğənni Mehin Hümbətova  yeni layihəsini təqdim edib. 

BAKU.WS xəbər verir ki, "Eşq dəlisi" adlı mahnının müəllifi Fərid Kərimlidir. Bəstənin səs prodüseri İsmayıl Əsədova, aranjimanı və səs uzlaşması Emin Kərimə (STKHA) məxsusdur. 

Layihənin rejissoru Rəvan Muradov və bədii rəhbəri Elşad Quliyevdir.  Ekran işi 18 saat ərzində Bakıda çəkilib. 

Sənətçi bu klipində özəl olaraq 4 fərqli obrazı canlandırıb. 

Layihədə Mehinin dostları influenser Nüşabə Qəndil (Nooshka), Şükran Salamova və aparıcı İskəndər İbrahimov çəkilib.  

Yeni klipin meneceri isə Kənan Cəfərov, fotoların müəllifi Oktay Jafferdir.

 M.Hümbətovanın staylinqi üzərində stilist Günel Əhmədbəyli çalışıb, makiyajı isə Babək Qədirov edib.

Rəngarəng, eyni zamanda əyləncəli görüntülərə malik "Eşq dəlisi" bütün musiqi platformalarında təqdim edilib.

Chosen
16
50
far.az

10Sources