Qazaxda sürücülük hüququ olmayan şəxs avtomobillə piyadanı vuraraq öldürüb. Belə ki, 1982-ci il təvəllüdlü Nağıyev Nurlan Eldar oğlu sürücülük hüququ olmadan idarə etdiyi HM 777 ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 1970-ci il təvəllüdlü piyada Eminov Müşfiq Əsgər oğlunu vurub.
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.
Mətləb