EN

ÇL: "Qarabağ"ın səfər matçı üçün ayrılmış vauçerlər bu gün satışa çıxarılır

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şelburn" (İrlandiya) - “Qarabağ” FK matçını “Tolka Park" stadionunda izləmək və dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.

Apasport.az xəbər verir ki, azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "E" sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti böyüklər üçün 25 Avro, uşaqlar və tələbələr üçün isə 20 Avrodur.

Azərkeşlər üçün ümumilikdə "Tolka Park" stadionunda 306 yer ayırılıb.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun

Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Qeyd edək ki, "Şelburn" - "Qarabağ" oyunu iyulun 23-ü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

“Qarabağ” Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərib

"Araz-Naxçıvan" - "Aris" matçının biletləri satışa çıxarılıb

“Şelburn” - “Qarabağ” matçının hakimləri bəlli olub

“Sabah”ın Konfrans Liqasındakı rəqibi bəlli olub

"Beşiktaş"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli olub

Chosen
16
25
apasport.az

10Sources