EN

"Qarabağ" azarkeşlərinə müraciət edib

style='margin-bottom:10px;'>

"Qarabağ" futbol klubu azarkeşlərinə müraciət edib.

QOL.az xəbər verir ki, müraciət klubun sosial media hesabları vasitəsi ilə yayılıb. Müraciətdə bildirilib:

"UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şelburn" (İrlandiya) - “Qarabağ” FK matçını “Tolka Park" stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. Azarkeşlərimiz əldə etdikləri vauçerləri oyun günü stadionun "E" sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti böyüklər üçün 25 aro, uşaqlar və tələbələr üçün isə 20 avrodur". 

Klubdan da qeyd edilib ki, "Qarabağ" azarkeşləri üçün "Tolka Park" stadionunda 306 yer ayırılıb: "Vauçerləri əldə edən şəxslər, vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun.

Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq".

Xatırladaq ki, "Şelburn" - "Qarabağ" oyunu iyulun 23-ü saat Bakə vaxtı ilə saat 22:45-də start götürəcək.

Chosen
14
50
teleqraf.com

10Sources