EN

Dövlət qurumlarına və kommersiya şirkətlərinə HAKER HÜCUMU

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin iri dövlət qurumları və kommersiya şirkətləri "Microsoft"un "SharePoint" server proqram təminatındakı boşluqdan istifadə etməklə həyata keçirilən haker hücumunun qurbanı olub.

Hafta.az xəbər verir ki, bu barədə "Washington Post" nəşri rəsmi şəxslərə və müstəqil kibertəhlükəsizlik tədqiqatçılarına istinadən yazıb. Nəşrin məlumatına görə, onlar genişmiqyaslı hücum üçün təhlükəsizlik sistemindəki zəiflikdən istifadə ediblər və bu da federal və regional hökumət qurumlarına, universitetlərə və enerji şirkətlərinə təsir edib. ABŞ, Kanada və Avstraliyada kibertəhlükəsizlik üzrə ekspertlər artıq hadisəni araşdırmağa başlayıblar.

Hazırda bu hücumun arxasında kimin dayandığı və hücumçuların hansı məqsədlər güddüyü məlum deyil.

"Washington Post" hücumun son bir neçə gündür davam etdiyini, lakin ümumi miqyasının hələ qiymətləndiriləcəyini vurğulayıb.

Chosen
44
50
hafta.az

10Sources