“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 23-də “Şelburn”la qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, İrlandiyada, “Tolka Park” arenada baş tutacaq görüş “CBC Sport” telekanalından canlı yayımlanacaq. Matça saat 22:45-də start veriləcək.
Komandalar arasındakı cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüşə saat 20:00-da start veriləcək.