Bu həftə İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında sülh danışıqları keçirilə bilər. Independent Türkçe nəşrinin məlumatına görə, ilkin olaraq görüşün 23 və ya 24 iyul tarixlərində – çərşənbə və ya cümə axşamı baş tutması planlaşdırılır.
Danışıqların dəqiq yeri, vaxtı və iştirakçı heyət barədə rəsmi məlumat verilməsə də, tərəflərin bir sıra texniki məsələləri müzakirə edəcəyi gözlənilir. Bunlar arasında əsirlərin mübadiləsi, humanitar yardımın təmin olunması, infrastrukturun təhlükəsizliyi və sərhədlərin sabitləşdirilməsi tədbirləri yer alır.
Qeyd edək ki, 2022-ci ilin fevralında müharibə başlayandan bəri Türkiyə dəfələrlə Rusiya və Ukrayna arasında vasitəçilik missiyasını yerinə yetirib. Ekspertlərin fikrincə, İstanbulda keçiriləcək yeni danışıqlar raundu münaqişənin deeskalasiyası istiqamətində növbəti addım ola bilər.
//Samir Qurbanov, Editor.az