EN

Senator: Tramp Putinə ağır zərbə vuracaq

Senator:

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın şərtlərini yerinə yetirməsə və Ukrayna ilə bağlı kompromislə razılaşmasa, bunun ciddi nəticələri ilə üzləşəcək.

Reyting.az
xəbər verir ki, bunu ABŞ senatoru Lindsey Qrem bildirib.

“Putin, sənin növbən çatır, Tramp Amerika siyasətinin və xarici diplomatiyasının Skotti Şeffleridir və o, sənə yaxşı zərbə vuracaq”, - Qrem deyib.

O, Trampın Rusiya neftini alan Çin, Hindistan və Braziliyaya tarif tətbiq edəcəyini vurğulayıb. Senator qeyd edib ki, bu üç ölkə ucuz rus neftinin təxminən 80 faizini alır və Rusiya hərbi maşınına dəstək verir.

“Mən Çin, Hindistan və Braziliyaya nə deyərdim: ucuz rus neftini almağa davam etsəniz sizə böyük tariflər tətbiq edib, iqtisadiyyatınızı məhv edəcəyik”,- deyə senator əlavə edib.

Qrem vurğulayıb ki, “Tramp bu oyundan bezib. Mən Putinin yerində olsaydım, mümkün qədər tez danışıqlar masasına oturardım”.

E. KAMAL
Chosen
25
20
reyting.az

10Sources