Ötən həftə ərzində 940 yanğına çıxış, 67 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 71 nəfər, o cümlədən dənizdə batma təhlükəsi olan 16 nəfər xilas edilib, 7-si azyaşlı olmaqla 22 nəfər təxliyə olunub, 11 nəfər tüstüdən zəhərlənib, 12 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
"Cebheinfo.az"