Şuşada "Rəqəmsal transformasiya: Süni intellekt dövründə informasiya və medianın dayanıqlığının gücləndirilməsi" mövzusuna həsr olunmuş 3-cü Şuşa Qlobal Media Forumunun üçüncü və son günü keçirilir.
Referans Trend-ə istinadən xəbər verir ki, forum iyulun 19-da başlayıb və bu gün başa çatır.
Tədbirin son günündə media savadlılığı, informasiya təhlükəsizliyi və sosial şəbəkələrin ictimai etimada təsiri mövzularına həsr olunmuş panel müzakirələri keçiriləcək.
Forumda 52 ölkədən təxminən 140 nümayəndə iştirak edir - onların arasında 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumunun nümayəndələri var.