Cəmiyyət saxta xəbərlərlə etibarlı jurnalistika arasında fərq qoymağı bacarmalıdır...
APA-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Afrika İttifaqı İnkişaf Agentliyinin Baş Direktorunun Ofisinin Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri Ziphora Maubane bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
Spiker vurğulayıb ki, media savadlılığı yalnız jurnalistlərin yox, cəmiyyətin hər bir üzvünün məsuliyyətidir: “Media savadlılığı çox vacib bacarıqdır. Bu bacarıq liderlər, sadə vətəndaşlar, kənd yerlərində yaşayan insanlar və dövlət qurumları üçün fərqli şəkildə tətbiq olunmalıdır”.
Poliqon.info