EN

Vinisiusun agenti “Real”a bildirdi: Bu qədər məvacib istəyir

“Real” və Vinisius Junior yeni müqavilə ilə bağlı danışıqları gələn il davam etdirəcək.

Publika.az xəbər verir ki, AS-ın məlumatına görə, Vinisius agenti vasitəsilə klubu məlumatlandırıb ki, vergidən sonra ildə 20 milyon avro almaq istəyir. Onun 2022-ci ildə imzaladığı hazırkı müqaviləyə əsasən, vinger mövsümdə orta hesabla 15 milyon avro qazanır.

“Real”ın Vinisiusa Kilian Mbappedən (illik 15 milyon avro) daha yüksək maaş təklif etməkdən çəkindiyi bildirilir, lakin fransız futbolçunun 40 milyon avroya yaxın bonusu gizli maaş kimi qiymətləndirilə bilər.

Braziliyalının ətrafı güman edir ki, yeni müqavilə ilə bağlı müzakirələr 2026-cı ildə bərpa olunacaq. Vinisiusun hazırkı müqaviləsi 2027-ci ildə başa çatır.

Chosen
24
21
publika.az

10Sources