EN

Şuşada III Qlobal Media Forumunun üçüncü günüdür

Yazını böyüt
Yazını kiçilt

Şuşada "Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Qlobal Media Forumunun üçüncü günü başlayıb.

Hafta.az xəbər verir ki, iyulun 19-da başlayan forum bu gün öz işini yekunlaşdıracaq.

Üçüncü günün proqramına aşağıdakı mövzularda panel müzakirələri daxildir:

"İnformasiya təhlükəsizliyinin təminatı kimi media savadlılığı" və "Sosial şəbəkələrin təkamülü ictimai etimada necə təsir edir: KİV və media savadlılığının sərhədləri".

Xatırladaq ki, III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, yeddi beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak edirlər.

Chosen
8
50
hafta.az

10Sources