Müğənni Gülay Zeynallı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Far.Az xəbər verir ki, o şəxsi instaqram hesabında bir qadının ona nalayiq sözlər yazdığını bildirib.
Gülay həmin qadının fotosunu paylaşaraq onu tanımadığını qeyd edib:
"Bu qadını tanımıram. O da məni yaxından tanımır. Amma mənim şəkilimin altından tərbiyəsizcəsinə şərh yazır. Beləsinə nə deyəsən? Adama deyərlər bəyənmirsən baxma, keç getsin! Səni nə məcbur etdi ki, o sözü ora yazırsan?"